Dünya gözəli azərbaycanlı modelyeri seçdi

Dünya gözəli azərbaycanlı modelyeri seçdi
4319 dəfə oxunub
  • A-
  • A
  • A+

Norveçdə yaşayan Güney azərbaycanlı modelyer Şervin Nəcəfpur, Norveç Dünya Gözəl Finalisti İda Myhrvold-a final libasını hazırlıyır.

Axşam.az "qafqazinfo"ya istinadən xəbər verir ki, projeyə aylar öncə start verilən kolleksiyada Brilliant, Buz, Su və Dalğa konsepti həyata keçirməyi düşünən modelyer  hazırda İstanbulda son tamamlanma işlərini  aparır. Modelyer bu geyimləri hazırlamaq üçün İstanbulda ilhamlandığını qeyd edərək  onları məhz buna görə burada  hazırlamağı  düşünüb. Qeyd edək ki,  azəri qızının hazırladığı geyimlər Sentyabrın 28-də Norveç Dünya Gözəli Final gecəsində ilk dəfə tamaşaçılara nümayiş etdiriləcək.

Layihə haqqında  “Qafqazinfo”ya açıqlama verən Şervin bunları söyləyib:
 
“İda Myhrvoldla iş görməq çox zövqvericidir, çünkü səmimi və simpatik bir qizdir. Ümid edirəmki Norveçi Dünya Gözəl yarışmasında təmsil edə bilsin. Ayrıca Sentabrın 28 Norveç Dünya Gözəl Final gecəsinin qalibi olursa, mən də mükafatlanacağam".