ANS-in aparıcısı efirdən uzaqlaşdı?

ANS-in aparıcısı efirdən uzaqlaşdı?
7959 dəfə oxunub
  • A-
  • A
  • A+
ANS telekanalında yayımlanan “Şoubiz” verilişinin aparıcısı Xanım Yadigarlının bir müddətdir efirdə görünməməyi diqqət çəkib.

Hətta aparıcının telekanaldan çıxdığı ilə bağlı xəbər də yayılıb. 

Bu məsələyə aydınlıq gətirmək üçün Axşam.az-ın əməkdaşı Xanımla əlaqə saxlayıb.
 
Əməkdaşımızın suallarını cavablandıran aparıcı “ANS-dən çıxmamışam, oradakı fəaliyyətim davam edir. Sadəcə burnumu əməliyyat etdirmişəm. Buna görə də efirə  bir qədər fasilə verdim. Bir həftədən sonra yenidən verilişə qayıdacam” deyərək efirdə görünməməyinin səbəbini açıqlayıb.