"Eurovision" təmsilçimizin Malta səfəri

"Eurovision" təmsilçimizin Malta səfəri
943 dəfə oxunub
  • A-
  • A
  • A+
“Eurovision 2014” Azərbaycan təmsilçisi Dilarə Kazımova Avropa promo-turu çərçivəsində sonuncu səfəri Maltaya olacaq.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, bu gün Maltaya yola düşməyə hazırlaşan D.Kazımova öz təəssüratlarını bölüşüb: “Malta sehrli bir ölkədir. Malta barədə çox eşitmişəm və nəhayət ki, həmin ölkəni canlı görmək imkanım olacaq. Düşünürəm ki, ilk səfərimdə oranın sakinləri ilə ünsiyyətdə olmağa vaxtım olacaq”.
 
Xatırladaq ki, Dilarə səfəri zamanı Maltanın populyar “TVPM” və “Xarabank” teleşoularında iştirak edəcək. “Xarabank” teleşousunun efirində o, özünün müsabiqə mahnısı olan “Start a Fire” ni oxuyacaq. Təmsilçimiz sonra “Magic Radio” və “Radio Malta” nın efirində pərəstişkarları ilə ünsiyyətdə olacaq, promo-tur və Eurovision 2014-də hazırlıqlarından danışacaq.