O, dünyanın ən gözəl qadınıdır - fotolar

O, dünyanın ən gözəl qadınıdır - fotolar
2429 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu il “Oskar" və “Qızıl Qlobus” kimi sanballı mükafatlara layiq görülmüş “12 illik əsarət” filmi ilə məşhurlaşan Lupita Nyongo “People” jurnalı tərəfindən dünyanın ən gözəl qadını seçilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Meksikada anadan olub Keniyada böyüyən qaradərili Lupita, hər il dünyanın ən gözəl qadınlarını seçən jurnalın üz qabığında yer alıb.

Uşaqlıqda zahiri görünüşünü və dərisinin rəngini bəyənməyən Lupita, ən gözəl qadın seçildiyi üçün çox sevinib və bunu iltifat kimi qəbul edib.

Qeyd edək ki, siyahıda Lupita Nyongodan başqa Cenna Devan-Tatum, Mindi Kalinq, Amber Hird, Qabriyela Yuniyon, Moli Simsdə daxıl olmaqla 50 xanımın adı var.