Heydər Əliyev Mərkəzində evləndilər - fotolar

Heydər Əliyev Mərkəzində evləndilər - fotolar
5539 dəfə oxunub
  • A-
  • A
  • A+
Gəncədə toy günü bəy və gəlin bir ilkə imza atıb.

Belə ki, 24 aprel 2014-cü il tarixində evlənən gənclərin təşəbbüsü ilə onların nigah mərasimi Gəncənin Heydər Əliyev Mərkəzində qeydiyyata alınıb. Heydər Əliyevin abidəsi önünə gül qoyan cütlük Əli Rzayev və Aytən Vəliyeva daha sonra mərkəzə daxil olaraq əlamətdar günlərini qeydiyyata aldırıblar. Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsinin rəisi Şəlalə Cəfərova tərəfindən yeni ailə quran cütlüklərin nigahı qeydə alınaraq onlara nigah haqqında şəhədətnamə təqdim edilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin adından bəylə gəlinə qızıl və xalça hədiyyəsi təqdim edilib.

Bəy Əli Rzayev Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onların bu təşəbbüsünün reallaşmasında əməyi olan insanlara minnətdarlıq bildirib. Ailə qurmağa hazırlaşan gəncləri bu ənənəni davam etdirməyə səsləyib.