Orxan yeni klip çəkdirəcək

Orxan yeni klip çəkdirəcək
1399 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Orxan Babazadə “Ya rəbbim” mahnısına çəkdirmək istədiyi klipin hazırlıqlarını tamamlayıb.

Sənətçi Axşam.az saytına açıqlamasında çəkilişləri yaxın günlərdə başlayan ekran işində ən keyfiyyətli və bahalı kameralardan istifadə ediləcəyini söyləyib. Əsmər Kamilqızının lentə alacağı klipdə türkiyəli müğənni Orxan Gəncəbayın görüntüləri də yer alacaq.

O.Babazadə klip üçün yeni libaslar tikdirdiyini,  onu ərsəyə gətirmək üçün böyük vəsait sərf etdiyini bildirib.  Klip, Türkiyənin “Kral TV” musiqi kanalında yayımlanacaq.