Obamanın şəkilləri xanımını qısqandıracaq - fotolar

Obamanın şəkilləri xanımını qısqandıracaq - fotolar
3963 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Yaponiyaya səfər edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, Tokio hava limanında prezidenti, ABŞ-ın Yaponiyadakı səfiri Karolin Kennedi qarşılayıb.
 
Obama ABŞ-ın keçmiş prezidenti, sui-qəsd nəticəsində öldürülmüş  Con F.Kennedinin qızı Karolini Yaponiyaya səfir təyin edib.

Birinci xanım Mişel Obamanı özü ilə gətirməyən prezidentin K.Kennedi ilə birlikdə çəkilmiş şəkilləri diqqət çəkib. KİV, Mişel Obamadan yeni qısqanclıq səhnələri gözləyir.

Qeyd edək ki, bir neçə ay əvvəl Danimarkanın baş naziri Helle Törninq- Şmidtlə çəkilmiş səmimi fotolara görə Obama həyat yoldaşı ilə problem yaşamışdı.