Əməkdar artist Aygün Bayramova ATV telekanalında yayımlanan “Öz
aramızda” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə,
muğam ifaçısı səhnəyə açıq geyimdə çıxmağa münasibət bildirib:
“Heç
vaxt
açıq-saçıq geyinmirəm. Bu mənim sənətimə, ifama yaraşmaz. Muğam ifaçısı geyiminə
diqqət etməlidir. Mən cins şalvarda, gündəlik geyimdə belə efirə çıxmıram.
O cür geyinənlər bunu özləri başa düşməlidirlər. Tar, kamança olan yerə necə
cinsdə, ya da qeyri-ciddi libasda çıxa bilərəm?! Mənim xasiyyətim belədir.
Tərbiyə aldığım ailənin də bunda rolu böyükdür”.