Hüseynin ölümündən əvvəl oxuduğu duet təqdim olundu - audio

Hüseynin ölümündən əvvəl oxuduğu duet təqdim olundu - audio
4252 dəfə oxunub
  • A-
  • A
  • A+
Martın 15-i yol qəzası nəticəsində dünyasını dəyişən mərhum reper Hüseyn Dəryanın ölümündən 40 gün keçir.
 
Axşam.az-ın məlumatına görə, mərhumun, ölümündən üç ay əvvəl müğənni Sənanla birgə oxuduğu "Dostum" adlı mahnını Sənan, Hüseyn Dəryanın əziz xatirəsinə  ithaf edib və youtube kanalına yerləşdirib.

Qeyd edək ki, mahnının sözləri və musiqisi Huseyn Dəryaya, aranjimanı Üzeyir AbdulCabbara məxsusdur. Layihə Aytən Əliyeva və Ruslan Səfəroğlunun rəhbərliyi ilə hazırlanıb.

Mahnını aşağıdakı videoda dinləyə bilərsiniz.