“Yeni sədalar”da baş verənlər

“Yeni sədalar”da baş verənlər
1107 dəfə oxunub
  • A-
  • A
  • A+
“İctimai” telekanalda yayımlanan “Yeni sədalar” verilişinin dünən yayımlanan buraxılışı da digərləri kimi  maraqlı  keçib.

Axşam.az-ın məlumatına görə, verilişin qonaqları müğənni Nazim Faytonçu və Vaqif Şıxəliyev olub. Musiqidən bəhs edən qonaqlar yaradıcılıqlarındakı yeniliklərdən danışıblar. Aparıcı Kamran Quliyevin suallarını cavablandıran ifaçılar həm də sevilən mahnılarını səsləndiriblər.

Canlı yayımda tamaşaçılar, “Rumba fiesta” qrupunun solistləri Məsut və Elşənin ifasında maraqlı mahnılar dinləmək imkanı da qazanıblar.

Qeyd edək ki, "Yeni sədalar" verilişi hər həftənin çərşənbə axşamı saat 13:45-də, cümə axşamı isə 15:15-də İTV-də canlı yayımlanır.