Namiq: “Onun zarafatlarından zövq alıram”

Namiq: “Onun zarafatlarından zövq alıram”
1430 dəfə oxunub
  • A-
  • A
  • A+
Meyxanaçı Namiq Qaraçuxurlu müğənni Nadir Qafarzadədən danışıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Şou+” verilişinə verdiyi açıqlamada N.Qafarzadənin onu həmişə güldürdüyünü deyib:

“Nadir dəyişkən insandır. İndi burda deyib-gülsün, beş dəqiqə sonra aləmi qatacaq. Onun zarafatlarından zövq alıram. Hərəkətləri məni gülməkdən öldürür. Amma əhvalı yaxşı olmayanda ona toxunmaq olmur, aləmi bir-birinə qatır, dalaşır”.

Bəzi müğənniləri savadsızlıqda günahlandıran N.Qaraçuxurlu həmkarlarını tənqid etməyi də unutmayıb:

“Bir dəfə realiti-şouya baxırdım. Sənətçilərdən biri şou-biznes nümayəndələrinin ünvanına elə sözlər dedi ki, dəhşətə gəldim. Dedim, yəqin sabah hamı onu təhqir edəcək. Amma əksinə oldu- dəstəklədilər. Nə var- nə var, bir az savadlı danışdı, kitab cümlələri işlətdi. Amma o, məntiqsiz danışırdı. Çox müğənnilər çıxıb düzgün oxumurlar. Artıq hamının səhvini üzünə deməyə başlamışam. Buna görə də məndən inciyirlər”.