Timatinin Bakıdakı konsertinin məkanı dəyişdi

Timatinin Bakıdakı konsertinin məkanı dəyişdi
1072 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı müğənni Timatinin Bakıya gələcəyi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, konsert mayın 17-də otellərin birində baş tutmalı idi. Amma bir neçə gün əvvəl tədbirin keçiriləcəyi məkanın dəyişdiyi bildirilib. Belə ki, Timati “Jumeirah Bilgah Beach”də yox, “Buta Palace”də konsert verəcək. 

"Bomba qız" (“Devoçka bomba”), "Mənimlə gəl" (“Prokotis somnoy”),  "Hər şey bitir" (“Vse konçaetsya”) kimi sevilən mahnıların ifaçısı olan Timati azərbaycanlı pərəstişkarlarına möhtəşəm gecə vəd edib.

Qeyd edək ki, bu, rusiyalı müğənninin ölkəmizə ilk gəlişi deyil. Məşhur repçi ötən il də Bakının qonağı olmuşdu.