Orxan Gəncəbay azərbaycanlı müğənnini evində qonaq etdi - fotolar

Orxan Gəncəbay azərbaycanlı müğənnini evində qonaq etdi - fotolar
3330 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Orxan Babazadə Türkiyənin usta musiqiçilərindən sayılan Orxan Gəncəbayla birlikdə hazırladığı layihəsini nəhayət gərçəkləşdirdi.

Bu barədə Axşam.az-a bir müddət əvvəl İstanbuldan qayıdan Orxan özü məlumat verib.

“İstanbuldan iki gündür qayıtmışam. Orxan Gəncəbay məni evinə qonaq çağırmışdı. Bu, bizim ikinci görüşümüz idi. Türkiyənin usta sənətçilərindən olan Orxan Gəncəbay çox səmimi və təvazökar insandır. Onunla ikinci dəfə görüşməyimə səbəb “Ya rəbbim” mahnısının klip çəkilişləri idi. Mahnını ifamda dinlədi və çox xoşuna gəldi. Hətta mənə sənətdə atalıq edəcəyini də söylədi. Klipimizə gəlincə... Türkiyədə çəkilən kadrlar artıq hazırdır. İndi yalnız Bakıdakı çəkilişlər qalıb. İnşallah klip hazır olandan sonra onu Orxan Gəncəbaya göstərəcəyik. Daha sonra isə söz verdiyim kimi “Kral TV”-də yayımlamaq fikirindəyəm. Klipin rejissoru Əsmər Kamilqızıdır. İnşallah, Orxan Gəncəbayı hələ Bakıya da qonaq çağıracağıq”- deyə müğənni bildirib.