Dünya şöhrətli ulduz Bakıda – foto

Dünya şöhrətli ulduz Bakıda – foto
2536 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur müğənni Maykl Bolton Bakıya gəlib.

Axşam.az-ın məlumatına görə, Içərişəhərə gəzintiyə çıxan ifaçı burda çəkdirdiyi şəklini “Facebook” səhifəsində yerləşdirib. O, fotonun altında “Qədim şəhər Bakıda böyük gün” sözlərini yazıb.

Qeyd edək ki, Maykl Bolton bu gün Heydər Əliyev Mərkəzində konsert verəcək. Rok-balladaları ilə şöhrət qazanmış Bolton ən sevilən və yeni mahnılarını səsləndirəcək. "Qremmi" mükafatı laureatı Maykl Boltonun albomları bütün dünyada 53 milyon nüsxədən artıq satılıb. O, müğənniliklə yanaşı bəstəkarlıqla da məşğuldur. Onun mahnılarını Ledi Qaqa, Ayan Vorren, Devid Foster, Fil Rаmon, Barbara Streyzand, Con Lecend, Cey Zi kimi məşhurlar səsləndirib.