Ancelinanın xahişinə Coni Deppdən cavab gəldi

Ancelinanın xahişinə Coni Deppdən cavab gəldi
1292 dəfə oxunub
  • A-
  • A
  • A+

50 yaşlı Hollivud aktyoru Coni Deppin 27 yaşlı sevgilisi Ember Herdlə ailə qurmaq istəməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda danışan Coni yaş fərqinin onu narahat etmədiyini söyləyib:

“Həyat təcrübəm olduqca çoxdur. Amma mən ona yuxarıdan aşağı baxmıram. Ona müəllimi kimi yanaşmıram. Əslində mənə ilham verən odur. Yaş, təcrübə və müdriklik bəzən daha əvvəl etməyə cürət tapmadıqlarımızı realaşdırmağa və çərçivələri keçməyə cəsarət verir".

Xatırladaq ki, bu günlərdə Hollivud aktrisası Ancelina Coli dostu Coni Deppdən özündən 23 yaş kiçik olan Ember Herdlə evlənməməyi xahiş etmişdi.