Xalq artisti Aygün Kazımovanın “Coffee from Columbia” adlı albomu bu gün satışa çıxıb.
Axşam.az-ın məlumatına görə, albomun dünya bazarında satışı aprelin 22-nə planlaşdırılsa da, sonradan bu tarix dəyişdirilib. Xalq artisti albomun media piarının üç gündən sonra başlayacağını bildirib.
Qeyd edək ki, üç gündən sonra mahnıya çəkilən klip bütün musiqi kanallarında nümayiş olunacaq.