Oksana Natavanın konsertinə belə hazırlaşır - fotolar

Oksana Natavanın konsertinə belə hazırlaşır -  fotolar
3107 dəfə oxunub
  • A-
  • A
  • A+
Rəqqasə Oksana Rəsulovanın, Natavanın "Sus" mahnısı üçün hazırladığı rəqs nömrəsi artıq hazırdır.

Məşq zalında Axşam.az-ın fotokamerasına tuş gələn sənətçi, tələbələrini də başına yığıb, “Sus” mahnısı üçün maraqlı kompozisiya hazırladığını bildirib. 7 dəqiqədən ibarət olacaq şounu Oksana rəfiqəsi, müğənni Natavan Həbibinin Heydər Əliyev sarayında baş tutacaq konsertində nümayiş etdirəcək.

“Çox maraqlı, qeyri-adi bir şou hazırlamışam. Bu əsl kompozisiyadır. Artıq məşqlər başa çatıb, rəqsimiz hazırdır”.

Qeyd edək ki, Natavan Həbibinin ilk solo konserti mayın 17-də baş tutacaq.