Təranədən qalmaqal yaradacaq sözlər: “Meyxanaçılar, reperlər hallı olur”

Təranədən qalmaqal yaradacaq sözlər: “Meyxanaçılar, reperlər hallı olur”
2075 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Təranə Səmədova qalmaqallı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, “Gündəlik” verilişinə qonaq olan prodüser reper və meyxanaçıların bostanına daş atıb.

Onun “Meyxanaçılar, rep deyənlər hallı olurlar. Onlar hallanmasalar, ayıqbaşla oxuya bilməzlər” sözləri hər kəsi təəccübləndirib.

Çalışdığı müğənnilərdən bəhs edən Təranə onlarla yaşadığı qalmaqallardan söz açıb:

“Birlikdə işlədiyim müğənnilərin heç birindən iş məsələsinə görə ayrılmamışam. Rəqsanə şəxsi həyatını önə çəkməyi sevirdi. Bunu qəbul edə bilmirdim. Kərim keçmiş həyat yoldaşım olduğu üçün aramızda qalmaqal yaşandı. Günayın isə çalışqanlığına söz deyə bilmərəm”.