İradə İsaq: “Bizim müğənnilərin şəxsiyyət problemi var”

İradə İsaq: “Bizim müğənnilərin şəxsiyyət problemi var”
2300 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı İradə İsaq ATV  telekanalında yayımlanan “Gündəlik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, telejurnalist “Düz üzünə” verilişinə dəvət edilən müğənnilərin gəlməməyindən şikayətlənib:

“Baxmayaraq ki, müğənnilərimiz iyirmi ildir sənətdədirlər, müxtəlif tipli proqramlara çıxıblar, verilişimə gəlmirlər. Bu mənim yaralı yerimdir. Həyatlarındakı gizli məqamların açılmağından qorxurlar. Düz danışmaq istəmirlər. Artıq dünya qloballaşıb. Bu özünü təkcə zaman və məkan deyil, düşüncələrdə də büruzə verməlidir. Bizim müğənnilərin şəxsiyyət problemi var. Danışdıranda danışa bilmirlər. Savadları yoxdur, özlərini inkişaf etdirmirlər. Xaricdə hər şey tamam fərqlidir. Türkiyədə müğənnini verilişə dəvət etmirlər. Axşam ərini məşuqəsi ilə tutub çəkirlər. Onların medianın işinə müdaxilə etməyə ixtiyarları yoxdur”.