Murad Arifin eyvanını sökdülər: "Halımızdan razıyıq"

Murad Arifin eyvanını sökdülər: "Halımızdan razıyıq"
1832 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış teleaparıcı, şoumen və musiqiçi Murad Arifin yaşadığı binanın eyvanlarını sökürlər.
 
Axşam.az ANS PRESS-ə istinadən xəbər verir ki, şoumen bu barədə şəxsi Facebook səhifəsində məlumat verib.

Murad Arif sökülməkdə olan eyvanların fotosunu səhifəsində yerləşdirərək belə şərh edib: "Eyvanlarımızı sökürlər..."

Nə baş verdiyini öyrənmək üçün Murad Ariflə əlaqə saxladıqda, məsələnin əsl mahiyyətindən xəbər tutduq. Yasamal rayonu, Qələbə dairəsi ərazisindəki beşmərtəbələrin birində yaşayan musiqiçi eyvanların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü bildirib:

"Əsas yolda olan binaların eyvanlarını gözəlləşdirmək məqsədilə sökürlər. Mənzil sahibləri eyvanlarına hər biri öz istədiyi kimi şüşəbənd və sairə görünüş vermişdi. İndi hamısı eyni görünüşdə olacaq. Bu da binalara gözəllik verəcək. Yəni biz halımızdan razıyıq".