Roza Aygünün ayrıldığı şirkətlə çalışacaq

Roza Aygünün ayrıldığı şirkətlə çalışacaq
2235 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Roza Zərgərlinin Türkiyədə ilk sinqlı işıq üzü görüb.

Axşam.az-ın məlumatına görə, albom “Doqquz-səkkiz” musiqi şirkətinin imzası ilə təqdim edilib. Sinqla sənətçinin türkiyəli ifaçı Pankartla oxuduğu “Oyuncaq” adlı duet  daxildir. Yeni mahnısını sosial şəbəkədə paylaşan müğənni, yaxın günlərdə bəstəyə Ankarada klip çəkdirəcəyini  bildirib. Həmin ekran işi “Kral Pop”, “TMB Muzik” kanallarında yayımlanacaq. Layihənin meneceri isə Kamal Bilalovdur.

Qeyd edək ki, xalq artisti Aygün Kazımova da Türkiyədə ilk dəfə “Doqquz-səkkiz” musiqi şirkəti ilə çalışıb. Amerikalı reper Snup Doqla “Coffee from Columbia” duetindən sonra müğənni şirkətlə əməkdaşlığa son qoyub.