Aygün tanınmış türkiyəli müğənni ilə işbirliyinə başladı – video

Aygün tanınmış türkiyəli müğənni ilə işbirliyinə başladı –  video
2353 dəfə oxunub
  • A-
  • A
  • A+

ATV telekanalında yayımlanan ən reytinqli maqazin verilişi "Onlar"ın bazar günü saat 18:45-dəki yeni buraxılışında maraqlı mövzular gündəmə gətiriləcək.

Axşam.az xəbər verir ki, müğənni Röyanın Moskvanın Kreml Sarayında baş tutacaq konsertinin ilk görüntülərini izləyəcəksiniz.

Gündəmdən uzaqlaşan müğənni Samir Cavadzadə həyat dostunu axtardığını deyəcək.
 
Meyxanaçı Namiq Qaraçuxurlu və müğənni Naravan Həbibinin maraqlı açıqlamaları "Onlar"ın növbəti buraxılışında yer alacaq.

Əməkdar artist Tünzalə Ağayeva xoşbəxtliyinin səbəbini dilə gətirəcək.

Bir-birindən maraqlı süjetlərin yer alacağı buraxılışı aprelin 20-də saat 18:45-də ATV telekanalında izləyə bilərsiniz.

Qeyd edək ki, informasiya dəstəyini Axşam.az saytının etdiyi "Onlar"ın yaradıcı həyəti rejissor və aparıcı Afaq Gəncəli, montajor Ruslan Ağayev, müxbirlər Ruslan Ağayev, Aysel Tahirqızı, Çinarə Eminova və prodüser Tural Nəbiyevdən ibarətdir.