Petek Dinçöz ağlayaraq baş nazirdən kömək istədi

Petek Dinçöz ağlayaraq baş nazirdən kömək istədi
5578 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Petek Dinçöz "Bəyaz TV" kanalında yayımlanan “Söyləməsəm, olmaz” verilişində keçmiş həyat yoldaşının onun başına açdığı oyunlardan danışıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ağlayaraq baş nazir Ərdoğandan kömək istəyən müğənni həyat yoldaşı Can Tanrıyarla bağlı dəhşətli açıqlamalar verib:

“Döyüldüyümü hamı bilirdi. İki il susdum,  artıq danışacam. Can Tanrıyardan ayrılmaq istəyirdim, ancaq canımı qurtara bilmirdim, hələ də xilas olmamışam. Hər dəfə döyülürdüm. Aldığım bütün evləri ona verdim. Mənimlə əlaqə saxlamaq istəyənlər onunla danışmalı idilər. Bütün müsahibələrimi o verirdi. Porno kasetlə məni şantaj etdi. "O kasetdəki mən deyiləm" desəm də, əl çəkmədi, “hamı mənə inanacaq” dedi. Menecerimin telefonuna mesajlar yazaraq məni ölümlə hədələdi. Gecə klublarında dəfələrlə döyüldüyümü hamı görmüşdü. Anam bu olanlara görə əsəb müalicəsi alıb. Can Tanrıyardan canımı qurtara bilmirəm, mənə kömək edin. Baş nazirimizə səslənirəm, Əminə Ərdoğan xanıma səslənirəm.
Mən Can Tanrıyarla tanış olanda o evli idi, amma  "boşanmaq üzrəyəm" demişdi. Məndən əvvəl  də Ebru Yaşarla birlikdə olub”.

Petek Dinçözün dediklərinə münasibət bildirən Can Tanrıyar “Pətəyi təcili xəstəxanaya yerləşdirmək lazımdır. Mənimlə tanışlıqdan əvvəl pis həyat yaşayıb. Mən onun puluna qalmışam? Onu çox pis aldadıblar. Mən heç vaxt onun işlərinə mane olmamışam. Hətta məni narahat etməsin deyə pul da təklif etmişəm” deyərək olanları təkzib edib.