Sağlam saçların sirri – video
Atv telekanalında yayımlanan “Şarm” verilişinin növbəti buraxılışında xanımlar sağlam saçların sirlərindən agah olacaqlar.
Axşam.az-ın məlumatına görə, verilişdə yaz-yay gəlinlik modelləri nümayiş olunacaq, toya hazırlaşan cütlüklərə faydalı məsləhətlər də veriləcək.
Həmçinin makiyaj sirlərini, problemli dərinin çarəsini, düzgün makiyaj üsulunu da “Şarm”ın bu həftəki sayında öyrənə bilərsiniz.
Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan proqramın aparıcısı Aydan Axundova, rejissoru Afət Mehdiyeva, müxbirləri Əminə Kazımova, Jalə Ocaqverdiyeva, montajçısı Elçin Elxanlı, prodüseri Sərxan Qədimovdur. Veriliş hər həftənin şənbə günü, saat 12:00-da efirə çıxır.