“Eurovision” mahnımız Azərbaycan dilində
Bu il Kopenhagendə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində ölkəmizi Dilarə Kazımovanın təmsil edəcəyi və “Start a fire” adlı mahnı oxuyacağı ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, sənətçi mahnını Azərbaycan dilində səsləndirib. “Bir qığılcım” adlanan həmin mahnını təqdim edirik.
Qeyd edək ki, “Eurovision”un birinci yarımfinalı mayın 6-da, ikincisi 8-də, finalı isə 10-da baş tutacaq.