Cavanşir Məmmədov: “Səməd onu 3 il yola verdi”

Cavanşir Məmmədov: “Səməd onu 3 il yola verdi”
1602 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Cavanşir Məmmədov müğənni Rəqsanə İsmayılova və xalq artisti Səməd Səmədovu müdafiə edib.

Axşam.az-ın məlumatına görə, “5/5” verilişinin qonağı olan müğənni, Əli Mirəliyevin ünvanına sərt sözlər deyib:

“Əli Mirəliyevin Rəqsanə haqqında dediklərini eşidəndən sonra ona zəng etdim. Dedim ki, Səməd üç ildir səni yola verir, indi də Rəqsanənin üstünə düşmüsən? O, qadındır, övladları var. Bu qədər sərt danışmaq sənə nə verir? Səməd çox səbrli insandır. Əli dedi ki, mən o sözləri işlətməmişəm. Dediklərini dandı”.

Səməd Səmədov isə Ə.Mirəliyevin onun ünvanına dediyi sözlərə belə cavab verib:

“Əli Mirəliyev çıxıb hər yerdə deyir ki, Səməd haqqında danışdım, xalq artisti oldu. Bunlar gülməlidir. Mən ona çox kömək etmişəm. Hətta bir dəfə etiraf edib ki, Səməd Səmədovun sayəsində evimdə qazan qaynayır”.