Tarkan yenidən Azərbaycanda - özəl

Tarkan yenidən Azərbaycanda - özəl
2484 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyənin meqastarı Tarkan yenidən Azərbaycana gələcək.

Axşam.az xəbər verir ki, müğənni təşkilatçı Nahid Emiloğlunun təşəbbüsü ilə Qəbələdə konsert verəcək. Hazırda İstanbulda olan N.Emiloğlu danışıqların yekunlaşdığını və Tarkanla razılıq əldə olunduğunu deyib:

“Hər şey uğurla başa çatdı. Müqavilələr imzalandı. Tarkan iyunda Qəbələdəki stadionda böyük konsert proqramı ilə çıxış edəcək. Konsertin gününü bu yaxınlarda açıqlayacağam. Gecədə səhnəyə yerli müğənnilərimizdən biri də çıxacaq. Onun kimliyini hələlik söyləyə bilmirəm. Çünki bu mənim tək verə biləcəyim qərar deyil. Bununla bağlı da danışıqlar dəqiqləşdikdən sonra ətraflı məlumat verəcəyəm".

Xatırladaq ki, Tarkanın Azərbaycanda sonuncu konserti 2014-cü il Yeni il gecəsi Qubada baş tutmuşdu.