Arıqladan salatlar

Arıqladan salatlar
5278 dəfə oxunub
  • A-
  • A
  • A+

Pəhriz saxlamaq və artıq çəkidən qurtulmaq istəyən hər bir kəsin immuniteti aşağı düşür. Buna görə də elə pəhrizə əməl etmək lazımdır ki, həm immunitet normada qalsın, həm də artıq çəkilərdən xilas olasınız.

Axşam.az saytı xarici mətbuata istinadən içərisi vitaminlərlə bol olan salatları təqdim edir:

Krevetli salat: 

Salatın yarım payı 260 kkl.dir.

1/2 avakado

10 ədəd krevet

1/2 şirin (qırmızı) bibər

2 ədəd turp

2 x/q. yağsız yoqurt

2 x/q. limon şirəsi

Şüyüd

Salatı gündə iki yerə bölüb, yemək məsləhətdir. Bu, həm piylərin əriməsinə, həm də immunitetin normada qalmasına kömək edir.

Hillə hazırlanan salat:

Hil orqanizmdəki yağları parçalayır və arıqlama prosesini sürətləndirir. Buna görə də pəhriz saxlayarkən, hillə dəmlənmiş çay içib, həftədə ən az 3 dəfə ondan hazırlanan salat yemək olar. Salat üçün…

1kq. kök

0,5 ç/q. hil

2 x/q. xardal toxumu

Azca duz

4 x/q. bitki yağı

Kökü doğrayıb, üzərinə su töküb, sobaya qoyun. Kənarda hili əzib, xardal toxumu ilə qarışdırın. Yumşalmış kökü əzib, hilli məhlulla qarışdırıb yeyin.

Maraqlı:
Piyləri əritmək üçün ən yaxşı vasitələrdən biri də kivi şirəsi içməkdir. O, həm orqanizmi C vitamini ilə təmin edir, həm də piyləri parçalayır. 1 stəkan kivi şirəsi cəmi 42 kaloridir. Kivi eyni zamanda solğun dərini müalicə edir, onu təravətləndirir.