"Dovğanı başıma tökmüşəm" - Günay Malikqızı

"Dovğanı başıma tökmüşəm" - Günay Malikqızı
4080 dəfə oxunub
  • A-
  • A
  • A+

Park Bulvar AVM-in piar-meneceri, keçmiş  teleaparıcı Günay Malikqızı Formaggio.az saytının suallarını cavablandırıb.

Axşam.az həmin müsahibəni təqdim edir:

Ağız dadınıza uyğun yemək: kabab, dovğa

Fast-food, yoxsa ev xörəyi: ev xörəyi (amma evə çatana kimi fast-food yemək lazım olur)

Sevdiyiniz meyvə: alma

Tez-bazar hazırlaya biləcəyiniz yemək: sezar salatı

İlk dəfə hazırladığınız yemək: paytaxt salatı, kartof və toyuq qızartması.

Çörəyin qiyməti: 40 qəpik

Marketə daxil olan kimi seçdiyiniz ərzaq: zeytun

Soyuducunuzda mütləq var: pendir, süd, qatıq, zeytun.

Sükan arxasında əlüstü nə yeməzsiz? Sükan arxasında heç nə yemərəm.

Hansı firmanın süd məhsullarına üstünlük verirsiz? Savuşkin.

Mal, yoxsa qoyun əti? Qoyun.

Sonuncu dəfə xaşı nə zaman yemisiniz? 2 həftə bundan əvvəl.

Qadın aşpaz yaxşı bişirir, yoxsa kişi? Kişi.

Mətbəx və siz: aramızda lazımi qədər məsafə var.

Dovğaya neçə cür göyərti qatılır? 8 cür

Qab yumaq, ya yemək bişirmək? Qab yumaq.

Yeməyə olan münasibətinizi bir sözlə ifadə edin: yeməli

Ad gününüzdə ən çox neçə dilim tort yemisiniz? Bir dilim.

Kələmin kiloqramı neçəyədir? Bilmirəm.

Çayı nə ilə içirsiz: karamel yoxsa şokolad? Karamel.

Soğan və sarımsaq: yemək yoxsa imtina etmək? Yemək, amma iş görüşündən əvvəl yox.

Yeməklə bağlı başınıza gələn ən maraqlı əhvalat: valideynlərim mənimlə birlikdə toya getməyə hazırlaşırmış, anam tələsirmiş. Mənə deyib ki, “dovğanı tez çək başına”, mən də götürüb dovğanı başıma tökmüşəm. Anam deyir ki, həmin gün toya gec getdik, üst-başını təmizləyəndə hirsimdən bilmirdim ağlayım, yoxsa, gülüm. 5 yaşımdan anam nə deyirsə, onu edirəm. Sözəbaxan uşaq olmuşam.