Zaur avtomobili hansı cütlüyə verəcək?

Zaur avtomobili hansı cütlüyə verəcək?
3866 dəfə oxunub
  • A-
  • A
  • A+
“Məni yarımdan soruş” verilişinin bugünkü efirində böyük final həyəcanı yaşanacaq.

Axşam.az-ın məlumatına görə, proqramda avtomobilə sahib olacaq ilk cütlüyün adı açıqlanacaq. Saat 21:40-da ATV kanalında yayımlanacaq veriliş haqda mətbuat katibi Faiq Ələkbərov xəbər verib:

“Final mərhələsində nişanlı və evli cütlükləri ən çətin sınaqlar gözləyir. Aparıcılar Zaur və Günay Baxşəliyevlərin təqdimatında tamaşaçılara təqdim olunan “Məni yarımdan soruş” layihəsində cütlüklərə hər ay bir avtomobil təqdim olunacaq. Layihəyə qatılmaqla bağlı çox sayda zənglər daxil olur, hər kəs maraqlanır. Bacarığına güvənən nişanlı və ailəli cütlüklərin nəzərinə çatdıraq ki, “Məni yarımdan soruş” layihəsinə qatılmaq üçün www.meniyarimdansorush.com saytına daxil olsunlar, arzularını reallaşdırsınlar. Yaxın günlərdə verilişin yeni çəkilişlərinə start veriləcək”.

Qeyd edək ki, “Məni yarımdan soruş” ATV kanalı və “Renk Medya”nın birgə layihəsidir.